Roman Qriqorçuk Kiprdə həmyerlilərini təriflədi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la (Cənubi Kipr) 1:1 bərabərə qaldıqları oyunun hakimliyi haqda danışıb.
ANS PRESS-in məlumatına görə, ukraynalı mütəxəssis həmyerlilərinin oyunu yüksək səviyyədə idarə etdiyini bildirib:
"Sergey Boyko Ukraynanın ən yaxşı hakimlərindən biridir. Mənimlə razılaşmaya bilərsiniz. Ancaq Boyko və briqadası oyunu yüksək səviyyədə idarə etdi. Penalti epizoduna gəlincə mən görmədim, amma futbolçularım qayda pozuntusunun olduğunu dedi".
Sergey Boyko
Mənbə:> ANSPRESS