Koronavirus qurbanlarının sayı 300 minə yaxınlaşır - YENİLƏNİB
Dünyada koronavirusa yoluxanların sayı 4,33 milyonu, bu virusdan ölənlərin sayı isə 290 mini keçib.
Virtualaz.org bildirir ki, “Worldometer”in Bakı vaxtı ilə saat 05:00-a olan statistic məlumatında belə deyilir.
Son bir sutka ərzində 85 335 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 337 625 nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə infeksiyadan 5320 nəfər həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 292 451 nəfərdir. İndiyədək 1 597 865 nəfər sağalıb və hazırda 2 447 309 aktiv yoluxmuş xəstə var.
Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 675 742 nəfərdə virus aşkar olunub, 155 762 nəfər isə dünyasını dəyişib. Cəmi 685 246 nəfər sağalıb.
Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ, İspaniya, Rusiya, Böyük Britaniya, İtaliya, Fransa, Braziliya, Almaniya, Türkiyə və İranda qeydə alınıb.
***22:50
Dünyada koronavirusdan 1 550 417 nəfər sağalıb, 289 540 nəfər isə virusdan ölüb.
Virtualaz.org xəbər verir ki, indiyədək 4 302 712 nəfərə COVID-19 diaqnozu qoyulub.
Xəstəxanaya yerləşdirilən 46 671 pasiyentin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları ABŞ (1 392 367), İspaniya (269 520) və Rusiyada (232 243) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 139 771 nəfər yoluxub, 3 841 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 110 767-dir. Son məlumata görə, bu ölkədə 6 733 nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Mənbə:> VIRTUALAZ.org