Türkiyədə yenidən komendant saatı tətbiq olunur
Türkiyədə mayın 16-dan etibarən növbəti dəfə 4 gün evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, bəzi qadağaların aradan qaldırılması heç kəsi arxayınlaşdırmamalı, kütləvi toplaşma qadağası, sosial məsafə və təmizlik kimi tələbələrə əməl edilməlidir.
Bundan əlavə, Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin 9 vilayətinə giriş-çıxış qadağası ləğv olunur.
Yeri gəlmişkən, Türkiyədə son 24 saat ərzində 1 114 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 139 771 nəfərə çatıb.
Bundan başqa, koronavirusdan daha 55 nəfər dünyasını dəyişib və ölənlərin ümumi sayı 3 841 nəfərə yüksəlib.
Xəstəlikdən sağalanların ümumi sayı isə 95 780 nəfər təşkil edir.
Mənbə:> VIRTUALAZ.org