Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçildi -YENİLƏNİB
Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Virtualaz.org-un məlumatına görə, sabiq icra başçısı Vilyam Hacıyevə verilən ittihamlar məlum olub.
İstintaq orqanı tərəfindən V. Hacıyevə Cinayət Məcəlləsinin 308-ci(vəzifə səlahiyyətlərini aşma), 179-cu(mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ittaham verilib.
Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***19:00
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.
Virtualaz.org xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.
Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Mənbə:> VIRTUALAZ.org