Saakaşvili: “Ukrayna ilə münasibətlər pisləşsə, Gürcüstanı aclıq gözləyir”
Ukrayna ilə münasibətlərin pisləşəcəyi təqdirdə, Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər.
Bunu Gürcüstanın sabiq prezidenti, Ukraynada İslahatlar üzrə Milli Şuranın İcraiyyə Komitəsinin yeni təyin edilmiş sədri Mixail Saakaşvili deyib.
O, Gürcüstanın Ukraynaya daha çox ehtiyac duyduğunu unutmamağa çağırıb. Əlavə edib ki, Gürcüstan sakinlərinin mağazalardan aldıqları məhsulların çoxu - dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.
“Ukrayna ilə münasibətlərə kölgə salmaq fəlakət gətirə və sabah Gürcüstanda insanlar aclıqdan ölə bilərlər", - deyə M.Saakaşvili bildirib.
Onun sözlərinə görə, Ukrayna, həmçinin Gürcüstan məhsulları üçün vacib bir bazardır.
Azvision.az xatırladır ki, Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini mayın 7-də yeni vəzifəyə təyin edib.
Mənbə:> VIRTUALAZ.org