Azərbaycanda zəlzələ oldu
Mayın 4-də Gəncə stansiyasından 45 kilometr şimalda - Samux rayonunda maqnitudası 4,3 olan zəlzələ baş verib.
Virtualaz.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Mənbə:> VIRTUALAZ.org