Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 16:57-də Lənkərandan 19 km qərbdə qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3,7, dərinliyi 15 km olub.
Zəlzələ episentrdə 3 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.
Mənbə:> ANSPRESS