Azərbaycanda zəlzələ oldu

Bu gecə Azərbaycanda zəlzələ baş verib.
Seysmoloji Xidmət Mərkəzinin Qurban Yetirmişlinin ANS PRESS-ə verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:59-də, Qazaxdan 26 km şimalda Ağstafa rayon ərazisində baş verib. Onun sözlərinə görə, bu ərazidə son bir həftə ərzində çoxlu sayda kiçik zəlzələlər qeydə alınıb. Onların gücü 0,7-1,2 bal arasında dəyişib.
Budəfəki yeraltı təkanların gücü 3 baladək olub. Zəlzələ hiss olunmayıb.
Mənbə: ANSPRESS