Zəlzələni öncədən bilirdilər - VİDEO
İranda yenidən həyəcanlı anlar yaşanıb. Ölkənin böyük bir hissəsi güclü zəlzələ nəticəsində silkələnib. Bu dəfə itki qeydə alınmasa da yaralıların sayı çoxdur. Yeraltı təkanlar zamanı tikililərə ciddi ziyan dəyib. Bəzi şəhərlərdə evlərin 70% tamamilə dağıldığı xəbər verilir.
ANS-in Tehran bürosunun məlumatına görə, bu gün İranın qərbində İlam əyalətinin Abdanan və Murmuri şəhərində yerli vaxtla saat 07:02 radələrində Rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra 30 dəfə, 4 bal gücündə yeraltı təkrar qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanların sayı 250 nəfərə çatıb. Amma zəlzələ ilə bağlı bir neçə saat əvvəldən xəbərdarlıq edilidiyi üçün insanlar evlərini tərk edə biliblər. Təkanların sayı çox olduğundan insanlar gecə saatlarında evlərində gecələməyiblər. Buna görə də zəlzələ zamanı insan təlafatı qeydə alınmayıb.
Mənbə:> ANSPRESS