Azərbaycanda əsgər öldü

Azərbaycanda daha bir əsgər ölümü olub. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb.
APA-nın məlumatına görə, əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə: APA