"İlham və Fərizə 2-ci və 3-cü dəfə qətlə yetirildilər"
"İlham və Fərizə ikinci və üçüncü dəfə qətlə yetirildilər".
ANS PRESS-in məlumatına görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə "Facebook"da yazıb.
Millət vəkili şəhidlərimizin qəbrinin murdarlanmasını dəhşətli hadisə kimi qiymətləndirib:
"20 yanvar faciəsinin qəhrəmanları İlham və Fərizənin Şəhidlər Xiyabanındakı məzarlarının avqustun 21-dən 22-nə keçən gecə təhqir edilməsi bütün Azərbaycanı ayağa qaldırdı.
Belə bir hadisənin baş verməsi ağla gələn bir şey deyildir. Azərbaycanda bütöv bir nəslin Qanlı Yanvar hadisənin ağrısı ilə böyüdüyü bir zamada şərəfsinin birisinin aramızda yaşaması dəhşətli bir hadisədir.
Nə qədər şərəfsiz birisi olmaq lazımdır ki, öz əcdadlarını təhqir edəsən, Azərbayanın simvollarının birinə çevrilmiş insanların son mənzilnə rəzalətlə yanaşasan.
Verilən məlumata görə hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi qaldırıblar. Heç bir şübhəm yoxdur ki, onlar tapılacaqlar və ən ağır cəzalarını alacaqlar.
Bu gün mətbuatda bir nəfər İlham və Fərizənin ikinci dəfə qətlə yetirildiyini bildirdi. Ancaq hesab edirəm ki, onların çirklənmiş şəkillərini mətbuatda yaymaqla onlar üçüncü dəfə qətlə yetirildilər. Bu dəfə mətbuatdakı məsuliyyətsiz qələm sahiblərinin fəaliyyəti ilə. Hər şey mətbuatda verilə bilməz, hər şeyi faş etmək olmaz, bunu başa düşmək elə də çətin bir iş deyildir. Onların ismətini sağ qalanlar qorumalıdırlar.
Eyni zamanda hesab edirəm ki, bu biabırçı hadisədən sonra onların qəbirlərinin üstü yenidən götürülməli, təzələnməlidir.
Bağışlayın bizi, İlham və Fərizə!"
Mənbə:> ANSPRESS