Hakimiyyət hakimi cəzalandırıb? Samir Talıbov təkzib edir... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hakimiyyət hakimi cəzalandırıb? Samir Talıbov təkzib edir...

Hakimiyyət hakimi cəzalandırıb? Samir Talıbov təkzib edir...


Bu gün səhər tezdən bir çox müxalifət mətbuatı və Azərbaycan hakimiyyətinin sosial şəbəkələrdəki ənənəvi tənqidçiləri sensasion xəbər yaydılar. Demə, bir neçə gün əvvəl Səbail Rayon Məhkəməsinin hakimi Samir Talıbov müxalifətçi, AXCP fəalı Aqil Hümbətovun işi üzrə qərarı ləğv edib. Müxalifət, səylə guya ədalət uğrunda mübarizədə vurulan bir hakim obrazını qəhrəmanlaşdırmağa başladı. Şəbəkə tənqidçiləri məsələni bu şəkildə təqdim etməyə çalışdılar ki, guya əvvəlcədən məcburi psixiatrik müalicəyə məhkum edilmiş Hümbətovun işi üzrə qərarı ləğv etmiş hakim siyasi tapşırığı yerinə yetirməkdən imtina etdiyi üçün hakimiyyət tərəfindən cəzalandırılıb və məhkəmə orqanlarından kənarlaşdırılıb.

Qalmaqallı hekayə Bollivudun ürəkparçalayan detallarına bənzər rənglərə də boyandı. "Hakim müxalifətçini sərbəst buraxdı, onu taksiyə qədər müşayiət etdi və hətta sürücünün pulunu da verdi",- deyə Zərdab rayonunun keçmiş müstəntiqi, hansısa Rüfət Səfərov yazıb. "Bu hakim hakimiyyətə satılan İlqar Məmmədov və Erkin Qədirlidən daha çox hörmətə layiqdir", -deyə tanınmış müxalifət puritanı Xədicə İsmayılova həmin müstəntiqin səfeh fikirlərini təkrarlayıb.

Ancaq tezliklə Samir Talıbov özü Sabail Rayon Məhkəmnin tərkibindən gedişinin adi səbəbini izah edərək müxalifət difiramblarını qınadı və təkzib etdi.

Daha dəqiq desək, S.Talıbov bir müddət əvvəl özünün Facebook səhifəsində Azərbaycan ictimaiyyətinə müraciət edib. Və məlum olur ki, darıxdırıcı müxalifət səfeh müstəntiq və puritan İsmayılova ilə birlikdə artıq həddi aşıb və həmin hakimə möcüzəvi bir abidə ucaldıb.

S.Talıbov yazıb: “Sosial şəbəkələrdə, xüsusilə müxalifyönümlü düşərgədə barəmdə həqiqətə uyğun olmayan, ucuz sensasiya yaratmaq xətrinə uydurma məlumatlar yayılır. Çirkin siyasi məqsədlər üçün adım hallandırılaraq dövlətimizə, məhkəmə hakimiyyətinə və şəxsiyyətimə kölgə salmağa çalışırlar.

Hüquqşünas olmaq uşaqlıq arzum olub. Uzun illər məhkəmə orqanlarında fəaliyyət göstərəndən sonra özümü hakimlikdə sınamaq istəmişəm. Şəffaf təşkil olunmuş hakim seçkisində iştirak edərək uğur qazanmışam.

Hakim kimi fəaliyyət göstərdiyim ilyarıma yaxın dövrdə bu vəzifənin şərəfli olması ilə yanaşı həddindən artıq çətin və məsuliyyətli olduğunu da dərk etdim.

Təkcə onu deyim ki, ötən il 1500-dən çox işə baxmışdım. Bu böyük iş yükü nəinki həvəs göstərdiyim elmi fəaliyyətlə, heç digər qayğılarımla da məşğul olmağıma imkan vermirdi.

Ona görə götür-qoy edib vəkillik fəaliyyətinə keçib daha sərbəst olmaq və elmi işimi davam etdirmək qərarına gəldim. Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan müraciətimə anlayışla və hörmətlə yanaşıldı və öz arzumla hakimlik səlahiyyətlərimə xitam verildi.

Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm.

Onu da bildirim ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu hüquqi islahatlara bir hüquqşünas kimi hər zaman töhfə verməyə hazıram”.

Mənbə: VIRTUALAZ.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Ciò ci porta all’offerta replicas relojes
Omega Seamaster Edizione Venezia, una nuova Seamaster che offre uno stile estremamente bello e ristretto in un caso classico di 39,5 mm, un movimento di cronometro Master Co-Axial certificato METAS (ora automatico sulla ferita a mano di Trésor) e rinfrescante, viene in Sedna oro e acciaio. E se non avessi già indovinato, naturalmente, c’è anche una storia da seguire.replicas de relojes

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *