120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Azərbaycanda 120-dən çox hakim kobud qanun pozuntularına yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb.

Virtualaz.org bildirir ki, bu barədə dekabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verilib.

120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb



Toplantıda dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılması qeyd olunub, korrupsiya hüquqpozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *