Gürcüstana gedənlər üçün məcburi karantin müddəti endiriləcək
"Gürcüstan sərhədlərində koronavirusla bağlı yoxlama prosesinin müddəti 1 saat təşkil etməlidir".
Bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, bu vaxta qədər bu müddət 14 gün və ya 24 saat təşkil edib: “Artıq bütün bu proses 1 saat ərzində olmalıdır. Bunun üçün Səhiyyə Nazirliyinin lazımı resursları var”.
Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən etibarən sərhədlərini xarici turistlər üçün açacaq.
Mənbə:> VIRTUALAZ.org