Mədəniyyət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri də saxlanıldı
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bu gün Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri keçirib.
Virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov da saxlanılıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin saxlanılan yüksək vəzifəli rəsmilərinin evlərində axtarışlar da aparılıb.
Mənbə:> VIRTUALAZ.org