ÜST karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq etdi
Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.
RİA Novosti bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.
"Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb", - o deyib.
ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmağa başlayıblar. Onun fikrincə, belə addımlar, hər bir ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınmaqla, tədricən atılmalıdır.
Mənbə:> RİA Novosti