Baş Prokurorluq “Eurohome”dakı yanğın haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Baş Prokurorluq “Eurohome”dakı yanğın haqda

Baş Prokurorluq “Eurohome”dakı yanğın haqda

Mayın 11-i saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirlərilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, yanğın söndürüldükdən sonra, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin göstərişinə əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müasir kriminalistik texikası və vasitələri ilə təchiz edilmiş səyyar kriminalistik laboratoriyası vasitəsilə prokurorluq əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müfəssəl müayinə olunaraq hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim olunub.

Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb.

Hazırda iş üzrə yanğın hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın müəyyən edilməsi, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilməlidir ki, 10 dekabr 2019-cu il tarixdə həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmaqla istintaqı aparılan cinayət işi üzrə zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin edilməklə rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib.

Hər iki yanğın hadisəsinin “Eurohome” MMC-ə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində vahid icraatda davam etdirilir.

Mənbə: VIRTUALAZ.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 9 iyun 2020 12:45
  • Yazan: Btg
Mayın 11-i saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirlərilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilib.

Elchin Ibrahimov

Car Rental in Dubai at https://rentalcarsuae.com/ is simpler than any time in recent memory. You simply need to present a couple of records, pay a little store and you're all set.

Sind Sie auf der Suche nach den billigsten Breitling replica uhren? Dann ist VipuHren hier, um Ihnen zu dienen. Wir sind ein führender Replik-Uhr-Designer, breitling replica der alle führenden Uhrenmarken zum echten Preis verkauft. Unsere Breitling Replica-Uhren sind fein gestaltet, replik-uhren um genau die Finesse und den Stil des Originals zu geben. omega replicaAus diesem Grund sind unsere Uhren die meistverkauften Replik-Uhren auf der ganzen Welt.

  • #5
  • 14 yanvar 2021 11:10
  • Yazan: smith
En mi opinión, esta generación chaussure nike pas cher de Montblanc Timewalker demostró que un dial no tenía que ser complicado para lucir bella. La característica de nike air max economico coronación son los distintivos números arábigos de la hora que giran en una matriz circular alrededor del dial para air max 90 baratas lograr un efecto atractivo pero legible. Agregue a esas manos fuertes y de buen tamaño, y tendrá una combinación ganadora.

<a href="https://hlcandles.com/">Scented Candles on Sale</a>

Well done, thank you so much for your share.Here’s the best scented candle shop i know,for Scented candles buying tips click here please !
Home Lights Candle https://hlcandles.com/

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *