Nazirliyin şöbə müdiri rəsmi tədbirdə dünyasını dəyişdi
Mədəniyyət və Turizm Nazirliynin Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəfat edib.
"Report" xəbər verir ki, Nəzir Osman oğlu Omarov Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak edərkən qəflətən vəziyyəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
1954-cü il təvvəllüdlü şöbə müdirinin ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Omarov 1993-cü ildən Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb. Mərhumun iki oğlu, bir qızı var.
Mənbə:> Report.az