Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu » AzNews.info -Xəbər portalı

Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu – FOTO

Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu


Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

AzNews.info xəbər verir ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazir müavinləri və tədbirlər planına cavabdeh əməkdaşlar iştirak etmişdir.

İclasda ilk əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkinin Azərbaycanın tarixi şəhərlərindən olduğunu vurğulamış və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacib olduğundan bəhs etmişdir.

Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edən Nazir qeyd etmişdir ki, bu il ərzində silsilə tədbirlər keçiriləcəkdir. Hər il Şəki şəhərində keçirilən böyük festivalların turistlər tərəfindən maraqla qarşılandığını qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2016-cı il tarixli “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” imzalanan Sərəncamın əhəmiyyətindən danışan Nazir, hər kəsin ən yaxşı şəkildə Sərəncamın icrasını təmin etməyinin vacib olduğunu vurğulamışdır.

Nazir çıxışında daha bir mühüm məsələyə toxunaraq qeyd etmişdir ki, Şəki şəhərinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər Təşkilata təqdim edilmişdir.

Daha sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə bir əhəmiyyətli görüşün təşkili üçün öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, hal-hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilmişdir. Təsadüfi deyilki, hər il Şəkidə 4 beynəlxalq festival təşkil olunur ki, bunlarında iştirakçılarının çoxunu xarici turistlər təşkil edir. Son illər Şəkinin turizm potensialı turistlərin cəlb olunması üçün geniş istifadə olunur. Ötən il 120 000 nəfər turist Şəkiyə səfər etmişdir.

Daha sonra görüşdə tədbirlər planının bütün bəndləri üzrə müzakirələr aparılmışdır. Tədbirlər planına əsasən, təntənəli açılış mərasimi, folklor və musiqi kollektivlərinin konserti, Atüstü milli oyunlar festivalı, Xalq tətbiqi sənət ustalarının və rəssamların əsərlərindən ibarət sərgi, şeir müsabiqələri, festivallar və bağlanış mərasimi kimi tədbirlər müzakirə olunmuşdur.

Qeyd edək ki, Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmişdir.

Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu
Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu
Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu
Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olundu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *