Nazir: Azərbaycana 2 milyondan çox turist gəlib » AzNews.info -Xəbər portalı

Nazir: Azərbaycana 2 milyondan çox turist gəlib

Nazir: Azərbaycana 2 milyondan çox turist gəlib


2014-cü ildə ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib. Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub.

Oxu.Az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

Nazir turizm sektorunda aparılan islahatlardan da danışdı:

“Hazırda turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir”.

Əbülfəs Qarayev əmin etdi ki, Mədəniyyət və Turizm Nazirliyi birinci Avropa Oyunlarına gələn hər kəsə xalqımızın ən gözəl mənəvi cəhətləri, qonaqpərvərliyi, mədəni dəyərləri və tarixi ilə yaxından tanış olmaları üçün hər cür şərait yaradacaq.

Turizm naziri qeyd edib ki, “Şahdağ” kompleksində quruculuq və inşaat işləri tam yekunlaşdıqdan sonra müəssisənin gəlirləri artacaq:

““Şahdağ” Qış-Yay Turizm Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin sayı il ərzində yüz minlərlə ölçülür. “Şahdağ” kompleksində quruculuq və inşaat işləri tapşırdığınız qaydada tam həcmdə başa çatdıqdan sonra müəssisə gəlirlə çalışacaq” - deyə, nazir bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *