Almanlar Azərbaycanın bu rayonlarına maraq göstərir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Almanlar Azərbaycanın bu rayonlarına maraq göstərir

Almanlar Azərbaycanın bu rayonlarına maraq göstərir


Almanlar Azərbaycanın turizm imkanları, otel və istirahət mərkəzləri, mədəni irs nümunələri, xüsusilə vaxtilə alman koloniyalarının məskunlaşdığı Göygöl rayonu, Siemens qardaşlarının fəaliyyət göstərdiyi Gədəbəy rayonu, bu bölgələrdəki alman tarixi izləri ilə yaxından maraqlanırlar.

AzNews.info Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü zamanı Turizm Nazirliyinin Almaniyada rəsmi turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin baş meneceri Gevers Jurgen bildirib.

“Görüş zamanı Gevers Jurgen nazirliyin Almaniyada turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi bir il ərzində görülən işlər, Azərbaycanın turizm imkanlarının bu ölkədə təbliğ edilməsi məqsədilə həyata keçirilən layihələr barədə nazirə məlumat verib” - deyə, nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, “Aviareps Tourism GmbH” şirkəti Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə 2014-cü ilin aprel ayından fəaliyyət göstərir. Şirkət Almaniyada Azərbaycanın turizm nümayəndəliyi funksiyasını yerinə yetirir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *