Əbülfəs Qarayev YUNESKO təmsilçisi ilə görüşdü
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə YUNESKO baş direktorunun yeni təyin edilmiş müavini Alfredo Perez de Arminan arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir təyinat münasibətilə A.P.Arminanı təbrik edib və işlərində uğur arzulayıb. Görüşdə Azərbaycan ilə YUNESKO arasında mövcud əlaqələr və gələcək perspektivlər müzakirə olunub.
Ə.Qarayev Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramli səfiri Mehriban xanim Əliyevanın bu əməkdaşlığın inkişafında çox əhəmiyyətli rolunu qeyd edərək, bütün sahələrdə mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Görüşdə maddi və qeyri-maddi mədəni irs, yubileylər, Haaqa Konvensiyası və digər sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşməsinin vacibliyi vurğulanıb.
YUNESKO rəsmisi yeni başladığı vəzifədə Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Mənbə:> ANSPRESS