Ermənilər torpaqları azad etməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Ermənilər torpaqları azad etməlidir

Ermənilər torpaqları azad etməlidir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans Eberhard Şlayerin və Almaniya Bundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin rəhbərlik etdikləri nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan ilə Almaniya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, Almaniya şirkətlərini sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, xüsusilə qeyri-neft sektorunda daha fəal rol oynamağa dəvət edib.

H.E.Şlayer Almaniya-Azərbaycan Forumunun fəaliyyəti haqqında məlumat verərək, bu qurumun iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşməsinə töhfə vermək məqsədi daşıdığını bildirib.

O, Azərbaycanın dinamik inkişafının heyranlıq doğurduğunu qeyd edərək, ölkəmizin regional sülh və sabitliyin təmin olunmasında oynadığı əhəmiyyətli rolunu vurğulayıb.

Regional sülh və təhlükəsizlikdən danışan E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsinin regionun hərtərəfli inkişafı üçün başlıca maneə olduğunu diqqətə çatdırıb. O, münaqişənin həll olunmasının bütün Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça biləcəyini deyərək əlavə edib ki, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir.

Bundestaqda Cənubi Qafqaz qrupunun rəhbəri K.Ştrents Azərbaycana xüsusi rəğbət bəslədiyini deyərək, parlament üzvlərinin qarşılıqlı səfərlərinin ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib və tərkibində Almaniyanın siyasi-iqtisadi dairələrinin təmsil olunduğu bu nümayəndə heyətinin səfərinin çox faydalı olduğunu diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində parlament diplomatiyasının xüsusi rola malik olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *