"Ermənistan təcavüzkar siyasətindən əl çəkməsə ..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

"Ermənistan təcavüzkar siyasətindən əl çəkməsə ..."

"Ermənistan təcavüzkar siyasətindən əl çəkməsə ..."


Xarici İşlər Nazirliyində Azərbaycan və Qazaxıstan arasında növbəti XİN-lərarası siyasi məsləhətləşmələr keçrilib.

ANS PRESS-in verdiyi məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan tərəfini isə Xarici İşlər nazirinin müavini Samat Ordabayev təmsil edib.

Azərbaycanın Qazaxıstan ilə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən nazir müavini Xələf Xələfov, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. X.Xələfov həmçinin, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr haqqında Qazaxıstanlı həmkarına ətraflı məlumat verib və sözügedən layihələr çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlığını qeyd edib.

X.Xələfov Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasını yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, problemin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədiyi, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi təqdirdə isə Azərbaycanın bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu vurğulayıb.

Azərbaycana sonuncu dəfə 8 il bundan əvvəl gəldiyini bildirən Samat Ordubayev, paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. Qazaxıstanlı nazir müavini, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərlərinin müstəsna rolunu vurğulayıb.

Görüş zamanı regionda baş verən mühüm hadisələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *