Elmar Məmmədyarov səfirlə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Mixal Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
ANS PRESS XİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, E.Məmmədyarov M.Labendaya gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə:> ANSPRESS