Prezident İlham Əliyev Ukraynalı həmkarına məktub yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi

Prezident İlham Əliyev Ukraynalı həmkarına məktub yazdı

Prezident İlham Əliyev Ukraynalı həmkarına məktub yazdı


AzNews.info Prezident Adminstrasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev Ukraynalı həmkarı Pyotr Poroşenkoya Ukraynanın Müstəqillik günü münasibəti ilə təbrik məktub yazıb.
Məktubun mətnini olduğu kimi təqdim edirik:

Ukraynanın Prezidenti Zati-aliləri cənab Pyotr Poroşenkoya

Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı ənənəvi möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 avqust 2014-cü il.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *