Mehriban Əliyevadan bəhs edən kitabın təqdimatı olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən “Mərhəmətdən yanan çıraq” kitabının təqdimatı olub.
ANS PRESS-in məlumatına görə, mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev xeyirxahlıq, mərhəmət və humanizm ünvanı olan Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar aksiyalardan, Azərbaycanın birinci xanımı, Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihələrdən danışıb.
Bildirilib ki, vaxtilə nəcib həkimlik peşəsini seçən Mehriban Əliyeva bu gün öz peşəsindən irəli gələn müqəddəs amal uğrunda çalışaraq Azərbaycan səhiyyəsi, vətəndaşların sağlamlığı üçün genişmiqyaslı işlər görür.
Digər çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xəstə və əlil uşaqların sosial-psixoloji reabilitasiyası, irsi qan xəstəlikləri və şəkərli diabetdən əziyyət çəkənlərin müalicəsi, eləcə də təbabət sahəsində milli mədəni irsimizin qorunması, xaricdə humanitar aksiyalar vasitəsilə Azərbaycanın təbliği kimi böyük əhəmiyyət daşıyan fəaliyyətindən konkret faktlarla söz açıblar.
Mənbə:> ANSPRESS