Bakıda “ağac soyqrımı”nın qarşısı alındı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bakıda “ağac soyqrımı”nın qarşısı alındı - VİDEO

Bakıda “ağac soyqrımı”nın qarşısı alındı


Bakıda növbəti “ağac soyqrımı” baş verib.

ANS TV-nin məlumatına görə, amma bu dəfə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa məsələyə müdaxiləsi nadir ağacların təmamilə məhv olmasının qarşısını aldı. Bu vaxtadək sakinlərin səsinə, harayına soraq verməyən əlaqədar orqanlar isə geçəylə hadisə yerinə gəlir və ərazidəki ağac qırılmasının qanunsuz hal kimi qəbul edərək, butün gecəni səhərədək yeni park salmaqla məşğul olur.

Ərazidə yaşayan sakinlər deyir ki, ərazidə 20-dək nadir ağac məhv edilib.

Sakin Orxan Əliyevin sözlərinə görə,10 gün əvvəl bir neçə dəfə həmin ərazilərdə ağacları qırıblar: “Əvvəlcə ərazidə 2 ağac kəsmişdilər. Sonra biz Nəsimi Rayon Polis İdarəsi 19-cu bölməyə şikayət etdik. Polislərlə birlikdə həmin adamları qovduq. Lakin sonra yenə də ağacları qırmağa başladılar. Gah dedilər ki, Ekologiya Nazirliyindənik, gah da dedilər ki, Yaşıllaşdırma İdarəsindən. Dəfələrlə İcra Hakimiyyətinə də şikayət etdik. Gəlib baxıb getdilər. Dedilər araşdıracağıq. Sonra yenə də, həmin adamlar gəlib ağacları kökündən çıxarmağa başladılar”.

Yaşıllıqların məhv edənlərin kimliyinə gəlincə, araşdırmalarımız zamanı məlum oldu ki, bu qanunsuzluğa qanuni ad qoyan sənəd var. Belə ki, ağac kəsimi “Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə 11 iyul 2014-cü il tarixində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən qalmaqallı ərazidə abadlıq işlərinin aparılması məqsədilə müaciət edilib və göstərilib ki, ərazidə təhlükə yaradan ağaclar var. Nazirliyin ekspertiza idarəsi isə bu sənədlə rəy verib ki, ərazidə abadlıq işləri aparılsın. Bu icazəni əlində əsas tutan MMC isə ucdantutma ağacların kəsilməsinə start verib.

Nazirliyin rəsmisi Raqib Mirzəyevin sözlərinə görə, araşdırma zamanı sözügedən ünvanda Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyinə əməl olunmadan ümumilikdə 5 ədəd ağacın Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq hüquqi şəxs qismində 40000 AZN məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsindən isə bildirdilər ki, məsələ araşdırılır. Təhqiqat nəticəsində günahkar şəxslərin kimliyi məlum olacaq.

Hələlik isə məlum olan odur ki, 20-dək 50 illik nadir ağaclar məhv edilib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 16:53
  • Yazan: Aly
Biz xovlu kəsilmiş var məxmər anamın otağı və divar xale7a fce7fcn divar kimi bu halı iz nfcmayişi tərk etmək niyyətindədir. Bu blog oxuduqdan sonra, Bu o həmişə xale7a Vakum ki, səbəbi Gf6rəsən. Onun demək olar ki, bir vəsvəsə e7evrilmişdir. Indicə, o vkuuam fce7fcn kifayət qədər gfcclfcdfcr, o qədər onun yataq xale7a Vakum nə ancaq mənim həyat yoldaşı və mən maraqlı idi. Bəlkə onun demans deyil anlayışları Bu davranışı hər kəs zərər deyil, biz yalnız onun davam etsinlər, ancaq faydalı anlaşma qeyri-adi davranışlar bəzi. Sağ ol.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *