Ermənilər Türkiyədə istirahət istəmirlər
Gənclərdən ibarət qrup "Türkiyədə istirahətə yox" şüarı ilə yaxın aylar ərzində Ermənistanın 50 turizm şirkəti qarşısında aksiya keçirməyə hazırlaşır. Aksiyaçılar turizm şirkətlərini Türkiyəyə turpaketlərin satışını dayandırmağa çağırırlar.
ANS PRESS-in məlumatına görə, Ermənistanın Gənclər Fondunun mətbuat xidməti bildirib ki, "Türkiyədə istirahətə yox" aksiyasını "Qeyri-dövlət ali məktəblərin tələbə mərkəzi" İctimai Birliyi təşkil edir.
Təşkilat 160 tarixçi və mədəniyyətşünas tələbələr tərəfindən hazırlanmış "Erməni soyqırımı" haqqında material paylayacaq.
Mənbə:> ANSPRESS