Türkiyədə günahkarlar saxlanıldı
Türkiyədə Bosfor boğazında iki gün öncə əfqan vətəndaşlarını daşıyan qayığın batmasına səbəbkar olunanlardan ikisi saxlanılıb.
ANS TV-nin məlumatına görə, Türkiyə polisi Bosfor boğazında içərsində 43 nəfər olan qayığın batması ilə əlaqədar 2 nəfəri saxlayıb. Qayığın qəzaya uğramasında şübhəli bilinən şəxslərin ifadəsi alındıqdan sonra onlar məhkəməyə təhvil verilib.
Xatırladaq ki, iki gün öncə İstanbulda sahildən 5,5 km aralıda Rumeli mayakı adlanan hissədə qayıq qəzaya uğramışdı. Qeyri-leqal yolla əfqan vətəndaşlarını daşıyan qayığın batması nəticəsində 24 nəfər ölüb, 6 nəfər xilas edilib. İtkin düşən 13 nəfərin axtarışları isə hələ də davam etdirilir. Suriyaya düşənlərin boğularaq deyil soyuqdan donaraq öldüyü məlum olub.
Mənbə:> ANSPRESS