ABŞ-dan Türkiyədə terror xəbərdarlığı
ABŞ Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ankaradakı səfirliyi İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlar səbəbindən Türkiyədə olan və bu ölkəyə səfər edəcək vətəndaşlarına xəbərdarlıq edib.
Səfirliyin açıqlamasında bildirilir ki, İraq və Suriya ilə sərhəddə yerləşən Türkiyədə ABŞ vətəndaşlarına qarşı terror aktlarının törədilməsi ehtimalı çox yüksəkdir. Ona görə də Türkiyədə, xüsusilə ölkənin şərq və cənub-şərqində olan ABŞ vətəndaşları çox diqqətli olmalıdırlar.
Qeyd edək ki, dünən Fransa da Türkiyədə yaşayan və bu ölkəyə səfər etmək istəyən vətəndaşlarına eyni səbəbə görə xəbərdarlıq etmişdi.
Mənbə:> ANSPRESS