Bakıda Mədəniyyətlərarası Forum keçiriləcək
Bir çox beynəlxalq təşkilat bu tədbirin həmtəşkilatçısı qismində çıxış edir.
Bu ilin may ayında Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin I rübün yekunlarına dair Nazirlər Kabinetində təşkil olunmuş müşavirəsində çıxış edən nazir bir çox beynəlxalq təşkilatların bu tədbirin həmtəşkilatçısı qismində çıxış etdiyini deyib:
“Cari il may ayının 18-19-da Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu gün dünya xalqlarının Forumun ideyaları ətrafında birləşməyə çağırışı Azərbaycana məxsus olmaqla bərabər, dünyanın UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu təşkilatları bu tədbirin həmtəşkilatçısı qismində çıxış edirlər”.
Mənbə:> Oxu.Az