Yəhudilər İlham Əliyevi dəstəkləyir » AzNews.info -Xəbər portalı

Yəhudilər İlham Əliyevi dəstəkləyir

Yəhudilər İlham Əliyevi dəstəkləyir


Yəhudi Xəbərlər Agentliyi (YXA) gənclər siyasətinə dair Bakıda keçirilən üçgünlük I Qlobal foruma həsr olunmuş “Gilel” gənclər siyasətinə dair forumun ideyalarını dəstəkləyir” sərlövhəli məqalə dərc edib.

Məlum olduğu kimi, forumun işində 160 ölkədən 700 nəfərdən çox nümayəndə, habelə Avropa Şurasının, UNESCO-nun, BMT-nin İnkişaf proqramının nümayəndələri, BMT baş katibinin gənclər siyasəti üzrə elçisi iştirak edirlər.

Tədbirin təşkilatçılarından biri olan Azərbaycan Gənclər və İdman Nazirliyində Yəhudi Xəbərlər Agentliyinə bildiriblər ki, forum çərçivəsində 20-dən çox mövzu, o cümlədən təhsil, səhiyyə, ətraf mühit, gender bərabərliyi, hüquq problemləri müzakirə olunacaqdır. I Qlobal forumun keçirilməsindən əsas məqsəd gənclər siyasəti sahəsində təcrübə mübadiləsi etməkdir. Bakı forumu XXI əsrdə gənclərin ən genişmiqyaslı beynəlxalq tədbiridir.

Azərbaycan Prezidenti İlham Əliyev forumun iştirakçılarına təbrik məktubu göndərib. Dövlət başçısı forumun nümayəndələrinə müraciət edərək bildirib ki, “gənclər siyasəti Azərbaycanın fəaliyyətinin prioritetidir”.

Bakıda fəaliyyət göstərən “Gilel” yəhudi gənclər təşkilatının direktoru Boris Muşailov YXA-ya bildirib: “Azərbaycanın yəhudi oğlan və qızları gənclər siyasətinə dair I Qlobal forumun məqsəd və vəzifələrini dəstəkləyirlər”.

“Gilel”in fəalları deyiblər: “Azərbaycanda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində ölkənin gənc vətəndaşlarının öz şəxsi potensialını uğurla həyata keçirməsi üçün hər cür lazımi ictimai-siyasi və sosial-iqtisadi şərait yaradılıb”.
YXA-nın direktoru Boris Muşailov deyib: “Azərbaycanın gənc yəhudiləri Prezident İlham Əliyevin gənclər siyasətinə dair I Qlobal forumun iştirakçılarına məktubunda irəli sürdüyü ideyaları dəstəkləyirlər.

Tibb, təhsil, mədəniyyət və idmanın inkişaf etdirilməsi, Azərbaycan xalqının çoxəsrlik qonaqpərvərlik və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, sosial-siyasi sabitlik respublika gənclərinin, o cümlədən yəhudi oğlan və qızların maksimum intellektual və fiziki inkişafını təmin edir.

Gənclər üçün çoxsaylı dövlət proqramları, xüsusi fondun yaradılması Azərbaycanın gənc vətəndaşlarının öz şəxsi potensialını tam üzə çıxarmasına imkan verir”.

Gənclər və İdman Nazirliyində YXA-ya bildiriblər ki, forumun işi gedişində gənclər siyasətinə yeni baxışlar öyrəniləcək, dövlətin gənclər siyasəti sahəsində yeni prinsipləri müəyyənləşdirən rəhbər sənədlər işlənib hazırlanacaq və qəbul olunacaq, gənclər siyasəti sahəsində müxtəlif ölkələrlə təcrübə mübadiləsi proqramları müəyyənləşdiriləcəkdir.
YXA-nın direktoru Boris Muşailov müsahibəsində deyib: “Gənclər gələcək liderlərdir, Azərbaycanın gənclər siyasətinin formalaşmasında heç də təkcə dövlət strukturları deyil, gənclər də iştirak edirlər.

Bu fenomen sayəsində Azərbaycan sosial inkişaf reytinqinə görə hazırda dünyanın 30 aparıcı ölkəsi sırasına daxildir və gənclər siyasətinə dair I Qlobal forum bu prinsipial sosial-siyasi sahədə ölkəmizin liderliyini möhləmləndirəcəkdir”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *