Bax! Doyunca bax! – VİDEO
13 oktyabr Dünya Görmə Günüdür.
ANS PRESS-in məlumatına görə, bu münasibətlə "Addım Gənclər Təşkilatı" icitimai fəal gənclər və ulduzlarla bir neçə gündür sosial mediada böyük ajiotaja səbəb olan "Bax! Doyunca Bax!" adlı sosial layihə həyata keçirib.
Layihə çərçivəsində görmə prolemləri, onların səbəbləri ilə bağlı gənclərə geniş məlumatlar veriləcək. 13 oktyabrda isə ən müassir avadanlıqlarla gözlərin pulsuz müayinələri təşkil olunacaqdır. Beynəlxalq Görmə gününə həsr olunan "Bax! Doyunca Bax!" adlı layihə çərçivəsində hazırlanan tanıtım videosuna öz sahəsində lider olan gənclərlə bərabər "Addım Gənclər Təşkilatı"nın təsisçiləri Hüseyn Cavadzadə (prodüser), Ülkər Qasımova (jurnalist) , Eldar Qasımov (sənətçi), Murad Arif ( aparıcı), Oksana Rəsulova (rəqqasə), Elmir Hüseynov (rəssam), Hüseyn Hüseynzadə (həkim), Babək Əliyev (iş adamı) Nərminə Məmmədova (yazıçı) və başqaları çəkiliblər.
Qeyd edək ki, Dünya Görmə Günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1998-ci ildən qeyd olunur.
Mənbə:> ANSPRESS