İŞİD öldürülən amerikalı jurnalistin ailəsinə nə yazıb? – TAM MƏTN
İŞİD jurnalistin başını kəsməzdən əvvəl ailəsinə yazdığı mətn üzə çıxıb.
AzNews.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, "İraq və Şam İslam Dövləti” (İŞİD) cəlladları tərəfindən başı kəsilərək öldürülən amerikalı jurnalist Ceyms Foulinin ailəsi terrorçuların edamdan bir həftə əvvəl onlara yazdığı məktubun mətnini dərc etməyə icazə verib.
İŞİD-in C.Foulinin ailəsinə elektron poçtla göndərdiyi məktubun mətnini “Global Post” nəşri dərc edib.
Üslub və seçdirmələrini saxladığımız məktubda deyilir:
“QOYUNLAR KOR ÇOBANIN ARXASINCA NƏ QƏDƏR GEDƏCƏK?”
Amerika dövlətinə və onun qoyunabənzər vətəndaşlarına mesaj:
İraqdakı şərəfsiz məğlubiyyətinizdən sonra biz sizi rahat buraxmışdıq. Biz sizin ölkənizin işlərinə qarışmırdıq, sizin vətəndaşlarınıza onların təhlükəsiz evlərində hücum etmirdik. Baxmayaraq ki, bunu etmək üçün kifayət qədər imkanlarımız var idi!
Sizin cəmiyyətinizin hazırda əsirlikdə saxladığımız tullantılarına gəldikdə isə ONLAR ŞİRİN QƏFƏSİNƏ GİRMƏYƏ CƏSARƏT ETDİLƏR VƏ YEYİLDİLƏR!
Sizə dəfələrlə adamlarınızın əməliyyatlarımızın maliyyələşdirilməsi qarşılığında azad olunmasını müzakirə etmək imkanları verdilər, hansı ki, başqa dövlətlər buna razılaşıblar. Biz həmçinin hazırda sizin əlinizdə olan bacımız, doktor Afia Siddiqi bacımız kimi müsəlmanları azad etmək naminə əsirlərin dəyişdirilməsini təklif etmişdik. Ancaq siz çox tezliklə sübut etdiniz ki, bu, sizi maraqlandırmır.
Sizin müsəlmanlarla münasibət saxlamaq üçün inandırıcı motivləriniz yoxdur, ancaq güc dilində danışa bilirsiniz. Elə bir dildə ki, onu İraq torpaqlarını işğal etməyə cəhd edərkən “ərəb tərcüməsində” aldınız.
İndi siz yenidən İraq müsəlmanlarını bombalayırsınız, lakin bu dəfə hava bombardmanlarınıza və öz əlaltılarınızın ordularına əl atırsınız. Özünüz isə qorxaqcasına birbaşa toqquşmadan qaçırsınız!
Bu gün bizim qılınclarımız qınından çıxıb və sizə tərəf yönəlib - DÖVLƏTƏ VƏ ONUN VƏTƏNDAŞLARINA TƏRƏF! VƏ BİZ SUSADIĞIMIZ QANLA DOYMAYINCA DAYANAN DEYİLİK!
Siz bizim zəiflərimizə, yaşlılarımıza, qadın və uşaqlarımıza aman vermədiniz. Ona görə biz də sizinkilərə aman verməyəcəyik.
Siz və sizin vətəndaşlarınız atdığınız bombaların əvəzini ödəyəcəksiniz!
İlk ödənc Amerika vətəndaşı Ceyms Foulidir!
O, edam ediləcək və bu, sizin günahlarınızın sizə BİRBAŞA nəticəsi olacaq!”
Mənbə:> Virtualaz.org