Vəhhabilər İŞİD-ə qadın hədiyyə edəcək
İordaniyada yaşayan sələfi liderlərindən biri İslam Dövləti (İŞİD) terror qruplaşmasına dəstək olduqlarını bildirib.
ANS PRESS-in məlumaıtna görə, İordaniyada yaşayan İŞİD terrorçularının əsas dəstəkçilərindən biri, İraq müsəlman alimləri birliyi sədri Haris əd-Dari özünü xəlifə elan etmiş Əl-Bağdadiyə müraciətlə məktub yazıb.
O, məktubunda cihad nikahı üçün bir qrup mücahid qadınları İŞİD-ə göndərməyə hazır olduqlarını bildirib.
İraqlı olan, lakin İordaniyada yaşayan sələfi vəhhabi şeyxi açılamasında, İŞİD üzvlərinin “cihad” üçün getdikləri yerlərdə həyat yoldaşlarından ayrı qaldıqlarını və cinsi tələbatlarını ödəməli olduqları vurğulanır. “Buna görə də onlara qadın göndərmək onların əhvali-ruhiyyəsini qaldırar və döyüşlərdə uğurlu olarlar.” – deyə vəhhabi şeyx qeyd edib.
Mənbə:> ANSPRESS