Gözləri görmür, amma maşın təmir edir – AZƏRBAYCANDA
«Xoşbəxtdir. Çünki kimsəyə əl açmadan, öz halal zəhmətilə öz ailəsini dolandır»
Salyan şəhərində yaşayan 83 yaşlı Ərəstun Mehdiyev bu yaşında hamını təəccübləndirir. Anspress-in verdiyi məlumata görə, onu hamı maşın ustası kimi tanıyır. Təəccübli orasındadır ki, gözləri görməsə də, çətinə düşən sürücülər dərhal ona üz tutur. Usta da onları naümid qaytarmır. Qeyd edək ki, Ərəstun Mehdiyev 13 yaşından avtomobillərin təmirilə məşğul olur. Ərəstun dayı sonralar özünü əsl usta kimi təstqləyib. Sənətkar görmə qabiliyyətini də bu yolda qurban verib. Onun sözlərinə görə, hələ gənc yaşlarında maşın təmir edərkən paslı dəmirlərdən biri onun gözünə batıb. Bunun təsirindən əvvəlcə gözünün biri, daha sonra isə o birisi də tutulub. Artıq 28 ildir ki, usta dünya işığına həsrətdir. Buna baxmayaraq, o, bu günə kimi fasiləsiz olaraq öz sevimli peşəsilə məşğul olur. Avtomobil usatasının gözlərinin görməməsi onun işinə heç bir təsir etmir. Kifayət qədər ucuz və keyfiyyətli iş gördüyü üçün müştəriləri kifayətqədərdir. Ərəstun dayının 4 övladının hamısı onun yolunu davam etdirir. Gözləri görməsə də, o, özümü xoşbəxt sayır. Çünki kimsəyə əl açmadan, öz halal zəhmətilə öz ailəsini dolandır.
Mənbə:> ANSPRESS