Daha bir əsgərimizi itirdik

Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.
Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.
Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.
Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən ANS PRESS-in bölgə müxbirinə təsdiqlənib.
Mənbə: ANSPRESS