Rus qadın ərəb sevgilisini öldürdü
Rusiyalı 32 yaşlı qadın qətldə ittiham edilərək Dubayda həbs edilib.
ANS PRESS-in məlumatına görə, vətəndaş nikahı ilə birgə yaşadığı kişini öldürən qadının işi artıq Dubay prokurorluğuna göndərilib.
Yerli mətbuatın məlumatına görə, 32 yaşlı qadın bir il birgə yaşadığı ərəb ölkələrinin birindən gələn kişini başqa qadınlarla romanı olduğundan qətlə yetirib.
Al-Kasis ərazisində çoxmənzilli evə çağırış üzrə gələn polis mənzildə boynunda iki bıçaq yarasıyla həlak olmuş kişini aşkar edib.
Hadisə yerində qətlin aləti olmuş bıçaq ərəbin sinəsinə sancılmış halda tapılıb.
Polis idarəsində bildirilib ki, qətldə şübhəli bilinən şəxs telefonla zəng vurub öz rəfiqəsinə etdiyi əməli etiraf edib.
İlkin araşdırmaya görə, rus qadın sərxoş olub və qətli qısqanclığa görə törədib.
Mənbə:> ANSPRESS