Orduda silahlı insident
![Orduda silahlı insident Orduda silahlı insident](http://www.anspress.com/images/photos/71189.jpg)
Azərbaycan Ordusunda silahlı insident olub.
Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Əsgərin vəziyyəti kafi qiymətləndirilir.
Mənbə: APA