İranda zəlzələ oldu

Bu gün İranın Yəzd əyalətinin Behabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Trend IRNA agentliyinə istinadən xəbər verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:12-da qeydə alınıb.
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.
Mənbə: ANSPRESS