Çilidə güclü zəlzələ
Çilidə güclü zəlzələ meydana gəlib.
ANS PRESS-in məlumatına görə, Çilinin Valparaiso şəhərində Rixter cədvəli üzrə 6.4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Araşdırmalar İnstitutu məlumat yayıb.
Məlumatda bildirilir ki, episentri Hakienda La Kalera məntəqəsində olan zəlzələ Bakı vaxtı ilə 03:32-də baş verib. Zəlzələnin yerin 35 km dərinliyində olduğu bildirilir.
Yeraltı təkanların törətdiyi fəsadlar və insan tələfatı barədə hələlik məlumat verilməyib.
Ötən gün isə ölkənin İkike şəhərində maqnitudası 5,7 bal gücündə olan zəlzələ baş vermişdi.
Qeyd edək ki, Valparaiso şəhəri Çilinin əsas hava limanı şəhəridir və ən böyük tətil qəsəbəsi Vina del Mar da məhz burada yerləşir.
Mənbə:> ANSPRESS