İran yenə silkələndi
İranda gecə saatlarında zəlzələ meydana gəlib.
ANS PRESS-in məlumatına görə, İranın İlam vilayətinin (ostanın) Abdanan şəhərində Rixter cədvəli üzrə 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ Geoloji Araşdırmalar İnstitutu məlumat yayıb.
Məlumatda bildirilir ki, təbii hadisə Bakı vaxtı ilə 01:05-də, 5.4 bal gücündə olub. Zəlzələnin yerin 10.3 km dərinliyində olduğu bildirilir. Ötən gün də həmin şəhərdə zəlzələ meydana gəlmiş, lakin o, 4.3 bal gücündə olmuşdu.
Yeraltı təkanların törətdiyi fəsadlar və insan tələfatı barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, artıq bir neçə gündür İran-İraq sərhədi yaxınlığında olan şəhərlərdə ard-arda zəlzələlər meydana gəlir.
Mənbə:> ANSPRESS