Ankarada atışma gedir: 4 yaralı
![Ankarada atışma gedir: 4 yaralı Ankarada atışma gedir: 4 yaralı](http://www.anspress.com/images/photos/49415.jpg)
Türkiyənin paytaxtı Ankarada bir qrup silahlı ilə polis arasında atışma gedir.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.
Son məlumatlara görə, atışma nəticəsində 2 polis və 2 mülki şəxs yaralanıb. Silahlı insident barədə hələlik heç bir məlumat verilmir.
Atışmanın davam etdiyi bildirilir.
Mənbə: ANSPRESS