Xəzərdə 19-cu zəlzələ oldu
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, maqnitudası 5.4 bal gücündə olan təkanlar yerin 6 km dərinliyində qeydə alınıb.
Təkanlar yerli vaxtla saat 02.45-də baş verib.
Xəzərin 40.01, 51.65 koordinatlarında qeydə alınmış zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, Azərbaycanda ən son ötən gecə Lerik rayonunda zəlzələ baş vermişdi.
2015-ci ildə isə Azərbaycanda ümumilikdə 35 zəlzələ baş verib ki, onlardan 19-u Xəzər dənizində olub.
Mənbə:> ANSPRESS