Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər

Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etdilər

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, o, vətəndaşlıqdan məhrum edilməsi barədə Ukrayna Prezidenti Administrasiyasından sənədləri alıb.

Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks-Ukrayna" xəbər yayıb.

Saakaşvili bildirib ki, bu qərardan məhkəməyə şikayət edəcək: "Mən bu gün və ya sabah məhkəməyə gedirəm. Nəhayət, biz vətəndaşlıq üzrə Prezident Administrasiyasından sənədləri aldıq. Və biz mənim vətəndaşlıqdan məhrum olunmağımdan şikayət edəcəyik".

Bundan əvvəl Ukraynanın Miqrasiya Xidməti bildirirdi ki, Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili ölkə ərazisindən çıxarıla bilər, çünki o öz hüquqi statusunun nizama salınması məsələsinə məhəl qoymur.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *