Qurbanov: "İstədiyim oyunu meydançada gördüm" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Qurbanov: "İstədiyim oyunu meydançada gördüm"

Qurbanov: "İstədiyim oyunu meydançada gördüm"


Qurban Qurbanov "Qəbələ" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. ANS PRESS-in məlumatına görə, “Qarabağ”ın baş məşqçisi oyundan razı qaldığını deyib:

"Oyundan çox razı qaldım. Məğlub olmağımıza baxmayaraq, istədiyim oyunu meydançada gördüm. Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram, nəinki qalib gəldiyimiz oyunlardan. Biz güclü komandaya qarşı oynayırdıq. "Qəbələ"ni təbrik edirəm".

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çox güclü komandanı məğlub etdiklərini deyib:

“Emosiyalarımız müsbətdi. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *