Əsədovun "sülh" şərhi
Arif Əsədov "Simurq"la oyunla (0:0) bağlı fikirlərini bildirib. ANS PRESS-in məlumatına görə, "Neftçi"nin baş məşqçisi bir xal qazandıqları oyundan razı qalıb:
"AZAL-a məğlub olduqdan sonra, meydançaya qələbə üçün çıxmışdıq. Birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. İkinci hissədə "Simurq" daha qapalı oynadı. Düzdü, məqsədimiz qələbə qazanmaq idi. Lakin 1 xalla kifayətləndik. Buna baxmayaraq, komandamın oyunundan razıyam".
“Simurq”un baş məşqçisi Georgi Çixradze də oyunla bağlı fikirlərini açıqlayıb. Çixradze nəticənin oyuna görə olduğunu bildirib:
"Oyun çox gərgin alındı. Həm "Neftçi", həm bizim komanda qələbə qazanmaq istəyirdi. Oyunu əsas götürüb, heç-heçəni ədalətli nəticə kimi qələmə vermək mümkündü. Birinci hissədəki problemlərimizi nəzərə alıb, ikinci hissədə dəyişikliklərə əl atdıq. Yarımmüdafiəni gücləndirdik və sonradan Cihan Özkaranı meydançaya buraxdıq ki, qol vura bilək. Amma qol vurmaq mümkün olmadı. “Neftçi” ilə oyunu unudub, qarşıdakı tura yaxşı hazırlaşmalıyıq”.
Mənbə:> ANSPRESS