"Neftçi" "Qəbələ"yə bata bilmədi
Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə keçirilən üç qarşılaşmadan ikisi başa çatıb.
“İnter” turnir cədvəlinin son pilləsində qərarlaşan “Bakı”nı qəbul edib. Matçın taleyini bir qol həll edib. Mikel Alvaronun görüşün 40-cı dəqiqəsində vurduğu qol "İnter"ə 1:0 hesablı qələbə qazandırıb.
AZAL dogma meydanda “Sumqayıt” ı 3:2 məğlub edib.
Günün son oyununda "Neftçi" "Qəbələ"ni qəbul edib. "Bakcell Arena"da baş tutan oyunda hesab açılmayıb - 0:0.
Qeyd edək ki, tura sabah keçiriləcək "Simurq" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. "Araz Naxçıvan"ın çempionatdan imtinası səbəbindən "Xəzər Lənkəran" bu turda istirahət edəcək.
29 noyabr (şənbə)
“Neftçi” – “Qəbələ” - 0:0 (Birinci hissə)
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov
“Bakı” – “İnter” - 0:1
Qol: Mikel Alvaro, 40 (0:1)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev
AZAL – “Sumqayıt” - 3:2
Qollar: Rəşad Abdullayev, 39 (1:0), Orxan Əliyev, 45 (1:1), Tofiq Mikayılov, 51 (1:2), Viktor İqbekoyi, 63 (2:2), Novruz Məmmədov, 73 (3:2)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov
30 noyabr (bazar)
17:00."Simurq" - "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov
Mənbə:> ANSPRESS