"Bakıda da məğlub olmayacağıq" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Bakıda da məğlub olmayacağıq"

"Bakıda da məğlub olmayacağıq"


Serbiyanın "Partizan" futbol klubunun baş məşqçisi Marko Nikoliç "Neftçi"yə qarşı Avropa Liqasının play-off mərhələsində cavab qarşılaşması üçün Bakıya yollanmazdan öncə fikirlərini bölüşüb.

ANS PRESS-in məlumatına görə, o, səfərdən də uğurlu nəticə ilə dönəcəklərini bildirib.

Nikoliç eyni zamanda komandasının məqsədləri haqda danışıb: "Biz Avropa Liqasının qrup mərhələsində oynayıb, daha səviyyəli komandalara rəqib olmaq istəyirik. "Neftçi" ilə işimiz yoxdur. Ancaq öz barəmizdə düşünməliyik. Rəqibin zəif nöqtələri var, ancaq bu barədə danışmaq istəmirəm. Komandamdakı ab-hava məni xoşbəxt edir. Futbolçuların formasının yüksələn qrafik cızması da məni sevindirir. Qələbələri sıralayırıq və Bakıda da bu qrafikimizi davam etdirməyi düşünürük. Dekabrdan bəri cəmi 1 oyunda məğlub olmuşuq. Əminəm ki, Bakıda da məğlub olmayacağıq. "Neftçi"yə meydanda istədiyini etməyə qoymayacağıq. Müdafiə və ya hücum futbolu oynayacağımız barədə söz-söhbət mənasızdır. Taktiki cəhətdən Bolqarıstanda "Lüdoqorets"ə qarşı oynadığımız kimi savadlı futbol sərgiləyə bilərik. Artıq "Neftçi" ilə Serbiyada qarşılaşmışıq və öz zəif yerlərimizi bilirik".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *